Koronavirusun Avropa İttifaqına neçəyə başa gələcəyi açıqlandı

Koronavirusun Avropa İttifaqına neçəyə başa gələcəyi açıqlandı Avropa İttifaqı ölkələrində koronavirus pandemiyasının fəsadlarını aradan qaldıracaq təcili maliyyə mexanizmi üçün 1,5 trilyon avro məbləğində vəsait lazım ola bilər.
Maliyyə
20 Aprel , 2020 14:47
Koronavirusun Avropa İttifaqına neçəyə başa gələcəyi açıqlandı

Avropa İttifaqı ölkələrində koronavirus pandemiyasının fəsadlarını aradan qaldıracaq təcili maliyyə mexanizmi üçün 1,5 trilyon avro məbləğində vəsait lazım ola bilər.

“Report” “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat və maliyyə işləri komisarı Paolo Centilioni müsahibəsində bildirib.

O, həmçinin bundan əvvəl səhiyyə xidmətləri və qısamüddətli işləri maliyyələşdirmək, kiçik və orta sahibkarlıq qurumlarına yardım etmək üçün Avroqrup tərəfindən 500 milyon avrodan çox vəsaitin ortaya qoyulduğunu, daha azı 1 trilyon avroluq vəsaitin qaldığını dilə gətirib.

“İndi tez-tez ikinci Marşall planına ehtiyac olduğunu deyirik, lakin həmin plan çərçivəsində vəsaitin ikinci dünya müharibəsindən ancaq iki il sonra ayrıldığını xatırlatmaq istərdim. İndi bunun faydası olmaz. Bərpa işlərinə başlamaq üçün oturub bu virusun bizimlə sülh müqaviləsi bağlamasını gözləyə bilmərik. Bərpa işlərinə indicə, yaz-yay aylarında başlamalıyıq”, – AK üzvü deyib.

P.Centilioni iqtisadiyyatı bərpa etməklə bağlı vəzifələri maliyyələşdirmək üçün vahid bir alətin lazım olduğunu, əks halda avrozona və daxili bazardakı iqtisadi vəziyyətdəki fərqin ifrat həddə çata biləcəyini vurğulayıb.

Bu il avrozonanın məcmu ÜDM-nin 7,5 faiz azalacağı barədə İMF-nin proqnozunu həqiqətə yaxın  səciyyələndirən komisar iqtisadi vəziyyətin daha da korlanması nəticəsində populist siyasi cərəyanların güclənməsinə gətirib çıxaracağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi