Koronavirusa görə bu il dünya üzrə ÜDM-də azalma nə qədər olacaq?

Koronavirusa görə bu il dünya üzrə ÜDM-də azalma nə qədər olacaq? Bu il dünya ÜDM-nin artımı koronavirusun yayılmasına görə 0,1-0,2 faiz bəndi həcmində azalacaq.
Maliyyə
4 Fevral , 2020 11:07
Koronavirusa görə bu il dünya üzrə ÜDM-də azalma nə qədər olacaq?

Bu il dünya ÜDM-nin artımı koronavirusun yayılmasına görə 0,1-0,2 faiz bəndi həcmində azalacaq.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ-ın “Goldman Sachs” bankının proqnozuna istinadən məlumat verib.

Bankın qiymətləndirməsinə görə, bu il ÜDM-in artım tempi 3,25% təşkil edəcək. Xatırladaq ki, ötən il bu göstərici 3,1% olub.

Eyni zamanda, “Goldman Sachs”ın baş iqtisadçısı Yan Hatzius virusun yayılmasının ilin ikinci rübündə yavaşlamayacağı təqdirdə dünya ÜDM-inin 0,3 faiz bəndi itirə biləcəyini qeyd edib.

“Goldman Sachs”ın proqnozlarına görə, bu ilin ilk rübündə koronavirusun vurduğu zərər çox böyük olacaq və onu ikinci rübdə tam kompensasiya etmək mümkün olmayacaq.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi