Koreya səfiri: “Dəqiq milli statistikanın hazırlanması bugünkü və gələcək istiqaməti dəqiq göstərməyə xidmət edəcək”

Koreya səfiri: “Dəqiq milli statistikanın hazırlanması bugünkü və gələcək istiqaməti dəqiq göstərməyə xidmət edəcək” “1992-ci ildə diplomatik münasibətlər qurulduqdan bəri Koreya və Azərbaycan bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdədir”.
Maliyyə
11 Dekabr , 2019 13:10
Koreya səfiri: “Dəqiq milli statistikanın hazırlanması bugünkü və gələcək istiqaməti dəqiq göstərməyə xidmət edəcək”

“1992-ci ildə diplomatik münasibətlər qurulduqdan bəri Koreya və Azərbaycan bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdədir”.

"Report" xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Tonq-op Kim “Rəsmi statistik məlumatların istehsalında IKT və kadr potensialının gücləndirilməsi” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, iki ölkə liderlərinin qarşılıqlı səfərləri həyata keçirilir və ikitərəflə münasibətlər yüksələn xətlə inkişaf edir: “Bunun bariz nümunəsi kimi bu ilin oktyabr ayında Koreya Milli Assembleyası sədrinin Azərbaycana rəsmi səfərini göstərmək olar. İki ölkənin şirkətləri tikinti, informasiya texnologiyaları və istehlak mallarının idxalı kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Bundan əlavə, Koreya mədəniyyətində populyarlığı ilə seçilən qlobal tədbirlər fonunda Azərbaycanda da Koreya adət-ənənələrini və mədəniyətini tanıdan ictimai, diplomatik tədbirlər həyata keçirilməkdədir”.

Səfir qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı üçün göstərilən səylər arasında beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsi də var: "Beynəlxalq İnkişafa Yardım sahəsində əməkdaşlıq və qrant layihələri də həyata keçirilir. Koreya dünyanın ən kasıb ölkələri siyahısında olmasına baxmayaraq qısa müddətdə modernləşmə və sənayeləşməyə nail olan ölkələrdən biridir. Koreya nəinki Tokio Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə, digər qurumlarla da qrant layihələri həyata keçirməkdədir. Bu gün təqdim edilən “Azərbaycanın statistika potensialı layihəsi” ikili əməkdaşlığın bariz nümunəsidir. Koreya Statistika Komitəsinin sədrinin dediyi kimi doğru-dürüst statistika ölkəmizin sosial- iqtisadi inkişafı üçün ən vacib amillərdən biridir".

Onun sözlərinə görə, bu gün Azərbaycan zəngin təbii sərvətlərə malik ölkə olsa da, qeyri-neft sektorunu təşviq edən Dövlət Proqramını həyata keçirməkdədir: "Bu zaman dəqiq milli statistikanın hazırlanması və təmin edilməsi Azərbaycanın bugünkü və gələcək istiqamətini dəqiq göstərməyə xidmət edəcək. İki ölkə arasında statistika sahəsində həyata keçirilən bu əməkdaşlığın əhəmiyyətli olacağına, bu işə böyük töhfə verəcəyinə əminəm".

Son xəbərlər

Orphus sistemi