Konqresdəki fikir ayrılıqları fonunda ABŞ-da indekslər azalıb

Konqresdəki fikir ayrılıqları fonunda ABŞ-da indekslər azalıb Nyu York Fond Birjasında əsas indekslər cümə günü sessiyanın açılışından sonra azalıb
Maliyyə
11 Dekabr , 2020 20:33
Konqresdəki fikir ayrılıqları fonunda ABŞ-da indekslər azalıb

Nyu York Fond Birjasında əsas indekslər cümə günü sessiyanın açılışından sonra azalıb.

“Report” xəbər verir ki, ticarət platformasının saytındakı məlumatlara görə, “Dow Jones” indeksi 102,03 bənd (0,34%) azalaraq 29 897,23 səviyyəsinə enib.

ABŞ bazarındakı 500 ən böyük şirkəti özündə əks etdirən “S&P 500” indeksi 15,51 bənd (0,42 %) azalaraq 3 652,59 səviyyəsinə düşüb. “Nasdaq” elektron birjasının indeksi isə 59,19 bənd (0,48 %) azalaraq 12 346,62 səviyyəsinə enib.

Sessiya açıldıqdan sonra WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri 0,02 % azalaraq bir barrel üçün 46,76 ABŞ dollarına düşüb. Qızıl fyuçersləri 0,11 % artaraq 1 troy unsiyası üçün 1 839,70 ABŞ dollarına çatıb.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, bazar iştirakçılarının əhval-ruhiyyəsinə Konqresdə iqtisadiyyatın 900 milyard ABŞ dolları məbləğində stimullaşdırılması üzrə tədbirlər paketinin müzakirəsi zamanı ortaya çıxan problemlər təsir edib. Cümə axşamı Senatdakı respublikaçılar paketin bəzi müddəaları ilə razılaşa bilməyəcəklərini söyləyiblər.

“İnvestorlar iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlər paketinin işlənib hazırlanacağını gözləyirlər. Paketin gələn həftə təsdiqlənəcəyi ehtimalı var. Yeni çağırış Konqresin işə başlayacağı yanvar ayının sonuna qədər paket qəbul olunmazsa, bu, bazar iştirakçıları arasında narahatlığa səbəb olacaq", - qəzet “Bryn Mawr Trust” şirkətinin İnvestisiya departamentinin müdiri Ceff Milsdən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi