Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda "kölgə iqtisadiyyatı"nın 10% daralması dövlətə 500 mln. manat həcmində əlavə gəlir gətirə bilər.
"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında çxışında millət vəkili Əli Məsimli bildirib.
"Tarif Şurasının son qərarı ilə dövlət büdcəsinə əlavə 300 mln. manat daxil olacaq. Eyni zamanda, bu qərar istehsal müəssisələri və iş yerlərinin bağlanması ilə nəticələnəcək" - deputat söyləyib.
O, həmçinin xarici valyutada olan kredit probleminin həllinin vacibliyini qeyd edib.