“Kapital Menecment” investisiya şirkətinin rəhbərliyi dəyişir

“Kapital Menecment” investisiya şirkətinin rəhbərliyi dəyişir Şirkətin direktoru Ruslan Cəfərov və baş mühasibi Gülnarə Səlimi işdən çıxıblar
Maliyyə
2 Fevral , 2018 11:50
“Kapital Menecment” investisiya şirkətinin rəhbərliyi dəyişir

Bakı. 2 fevral. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin direktoru Ruslan Cəfərov və baş mühasibi Gülnarə Səlimi işdən çıxıblar.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Məlumata görə, “Kapital Menecment”ə hələ ki, yeni direktor təyin edilməyib. Bu məsələ yaxın günlərdə öz həllini tapmalıdır. İnvestisiya şirkətinin baş mühasibi vəzifəsinə isə Xəlil Hüseynov gətirilib. O, həm də baş direktoru müvəqqəti əvəz edir.

R.Cəfərovun yeni iş yeri məlum olmasa da, G.Səliminin “PSG Kapital İnvestisiya Şirkəti” QSC-də mühasib vəzifəsinə təyin edildiyi bildirilir. Yeri gəlmişkən, hazırda bu şirkətdə direktor müavini vəzifəsində çalışan Cəfər İbrahimli vaxtilə “Kapital Menecment İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının üzvü olub. 

Xatırladaq ki, “Kapital Menecment”i 2002-ci ildə hazırda ləğv prosesində olan "Texnikabank" ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb, 2015-ci ildə rebrendinq olub. Onun nizamnamə kapitalı 380 min manatdır. “Texnikabank”ın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər əvvəl isə şirkətin səhmlərinin 99%-i üzrə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb. 

“PSG Kapital” isə 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Faiq Ağababa oğlu Məmmədova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi