“Kapital Menecment” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

“Kapital Menecment” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 23 iyun. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 402 min manat təşkil edib.“Report” şir...
Maliyyə
23 İyun , 2017 17:41
“Kapital Menecment” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 402 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,4% azdır.

2016-cı ildə “Kapital Menecment”in cəmi kapitalı 8,3% azalaraq 399 min manata, cəmi öhdəlikləri isə təxminən 8 dəfə azalaraq 3 min manata düşüb.

Şirkət ötən ili 36 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.

Xatırladaq ki, “Kapital Menecment”i 2002-ci ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC yaradıb. Onun nizamnamə kapitalı 380 min manatdır. Şirkət Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarətindədir. 

Son xəbərlər

Orphus sistemi