"Human Kapital Center" korporativ təlim və inkişaf sisteminin qurulmasını və təkmilləşdirilməsini, korporativ mədəniyyətin yüksəlişini təmin edir. İstedadlı kadrların axtarışını, işə qəbulunu həyata keçirir, işçilərin karyera irəliləyişinə dəstək verir, əməkdaşların peşəkarlıq səviyyəsini daim inkişaf etdirməklə bankın baş ofisi və filial şəbəkəsinin peşəkar kadrlara olan ehtiyaclarını təmin edir.
Açılış mərasimində "Human Kapital Center"in fəaliyyət istiqamətlərini əks etdirən təqdimat keçirilib.
"Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev komandanın peşəkar inkişafının "Kapital Bank" üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Kapital Bank" ümumi maraqlar ətrafında birləşmiş peşəkarlardan ibarət komanda formalaşdırır. Komanda ruhunun yüksəlişi, əməkdaşların fəaliyyətinin stimullaşdırılması bizim üçün çox mühümdür. Ümid edirik ki, Human Kapital Center "Kapital Bank"ın öz strateji hədəflərinə çatmasına böyük töhfələr verəcək".
Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 89 filialı və 8 şöbəsi ilə müştərilərə xidmət göstərir.