​"Kapital Bank" yeni depozit kampaniyası keçirir

​"Kapital Bank" yeni depozit kampaniyası keçirir Əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə hədiyyə veriləcək
Maliyyə
12 Noyabr , 2014 11:19
​Kapital Bank yeni depozit kampaniyası keçirir
Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC fəaliyyətə başlamasının 140 illiyi münasibətilə “Yubiley depoziti” adlı yeni kampaniyaya start verib. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Bu ilin dekabrın 30-dək "Kapital Bank"da yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13%-dək artırılıb. Hesabdakı depozit məbləğini artırmaq imkanı var. Üstəlik, əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə dəyərli ödəniş kartı hədiyyə edilir. Faizləri kartla hər ay ya da müddətin sonunda almaq olur. Həmçinin, müştərilərin istəyi ilə onlara müəyyən şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.

Qeyd edək ki, depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank"ın hazırda 89 filialı və 8 şöbəsi var.

Son xəbərlər

Orphus sistemi