Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Kapital Bank” ASC 5 oktyabr - Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni kampaniyaya start verib. Bu barədə “Report”a “Kapital Bank”ın mərkəzi ofisindən məlumat verilib.
Təhsil sahəsində çalışan və “Kapital Bank”ın maaş, yaxud pensiya kartlarına sahib olan şəxslər “Təhsil işçiləri üçün əla kredit kampaniyası” çərçivəsində nağd pul kreditlərini 5% endirimlə ala bilərlər.
Kampaniya oktyabrın 10-dək davam edəcək. Nağd pul kreditini "Kapital Bank"ın bütün filiallarından almaq olar.
Xatırladaq ki, Azərbaycanda ən geniş filial şəbəkəsinə malik olan "Kapital Bank" ASC-nin 89 filialı və 8 şöbəsi var.