​"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb

​"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb Kredit üzrə komissiya 1%, illik dərəcəsi 27,92%, müddəti isə 24 aydır
Maliyyə
23 Fevral , 2016 16:57
​Kapital Bank yeni kredit kampaniyasına başlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Kapital Bank" ASC müştərilərin gündəlik tələbatını qarşılamaq məqsədilə "Ayda 55 manata 1 000 manat kredit" məhsulunu təqdim edib. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Qeyd edək ki, bu kredit məhsulundan "Kapital Bank"dan əməkhaqqı və ya təqaüd alan müştərilər faydalana bilər. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, maaş və ya təqaüd kartı tələb edilir. Məbləğ kredit üzrə mütəxəssisin rəyi əsasında ilkin təhlildən sonra dəqiqləşdirilir.

Kreditin komissiyası 1%, illik faiz dərəcəsi 27,92%, müddəti isə 24 aydır.

Bildirilir ki, müştərilər "Kapital Bank"ın saytından onlayn müraciət formasını doldurub kredit üçün müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi