Bakı. 29 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC bu dəfə müştərilərə ilk yeni konsepsiyalı filialını təqdim edib. Yeni konsept filial Bakı şəhərinin Xətai rayonu, Sarayevo küçəsi, 7Q ünvanında fəaliyyət göstərir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.
Yeni filiallarda Bankın qarşısında duran əsas vəzifə müştərilərinin məmnuniyyətini artırmaqdır. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə ATM, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilib.
Qeyd edək ki, "Kapital Bank" hazırda 89 filialı və 6 şöbəsi ilə Azərbaycanın bütün rayon və şəhərlərində əhaliyə xidmət göstərir.