Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 6-7-də qadın müştərilərə komissiya xərclərində endirim edəcək.
"Report"un banka istinadən verdiyi xəbərə görə, həmin günlərdə 6-12 aylıq müddətə olan gündəlik tələbat kredit məhsulu komissiyasız təqdim ediləcək, 12-24 aylıq və 24-36 aylıq kreditlərdə nağdlaşdırma komissiyası 1%, rəsmiləşdirmə komissiyası 12-24 aylıq kreditlərdə 1%, 24-36 aylıq kreditlərdə isə 2% hesablanacaq.
Keditin müddəti (6-12 ay) | Kreditin müddəti (12-24 ay) | Kreditin müddəti (24-36 ay) | |
Nağdlaşdırma komissiyası | 0% | 1% | 1% |
Rəsmiləşdirmə komissiyası | 0% | 1% | 2% |