"Kapital Bank" "Xəzri" sistemi üzrə tərəfdaşların sayını artırıb

"Kapital Bank" "Xəzri" sistemi üzrə tərəfdaşların sayını artırıb Bakı. 8 dekabr. REPORT.AZ/ “Kapital Bank” ASC “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırıb. 
Maliyyə
8 Dekabr , 2017 11:48
Kapital Bank Xəzri sistemi üzrə tərəfdaşların sayını artırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “Kapital Bank” ASC “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırıb. 

“Report” xəbər verir ki, Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Tacikistan və Gürcüstan banklarında da bu sistem mövcuddur.

Bankdan verilən məlumatda deyilir ki, “Xəzri” vasitəsilə 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də sadalanan ölkələrə pul göndərmək mümkündür. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində "Kapital Bank"ın bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Qeyd edək ki, ölkədə “Atabank”, “AFB Bank”, “Expressbank”, “NBC Bank”, “Gunaybank” və “Bank VTB (Azerbaijan)” bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələrini həyata keçirə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi