"Kapital Bank" xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib

"Kapital Bank" xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib Martın 1-7-də "Gündəlik tələbat" kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər
Maliyyə
1 Mart , 2016 14:07
Kapital Bank xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib

Bakı. 1 mart. REPORT.AZ/ "Kapital Bank" ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilər üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib.

Bankdan "Report"a verilən məlumata görə, martın 1-7-də "Kapital Bank"dan “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. "Kapital Bank"dan maaş və ya pensiya alan xanım müştərilər də bu güzəştli kampaniyadan faydalana bilərlər.

Faktiki illik faiz dərəcəsi (FİFD) 19,73%-dən başlayan “Gündəlik tələbat” krediti 24 ayadək müddətə verilir. Kreditin maksimal məbləği isə 15 min manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank"ın 89 filial və 4 şöbəsi fəaliyyət göstərir. Bankın müştəriləri kredit ödənişlərini bankın filiallarında, pay.kapitalbank.az saytında və müxtəlif terminallar vasitəsilə həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi