"Kapital Bank" uşaqlar üçün silsilə tədbirlər keçirib

"Kapital Bank" uşaqlar üçün silsilə tədbirlər keçirib Layihə zamanı hazırlanan videoçarx və fotolar Bankın "Facebook" səhifəsində yerləşdirilib
Maliyyə
30 May , 2017 16:20
Kapital Bank uşaqlar üçün silsilə tədbirlər keçirib

Bakı. 30 may. REPORT.AZ/ "Kapital Bank" ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə təşkil edib. "Report" xəbər verir ki, layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunub.

Layihə zamanı hazırlanan videoçarx və fotolar Bankın "Facebook" sosial şəbəkəsindəki səhifəsinə (www.facebook.com/kapitalbank) yerləşdirilib. 

“Hər il olduğu kimi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində balaca dostlarımızı sevindirəcək layihə təşkil etdik. Bu ilki tədbiri daha geniş miqyasda həyata keçirərək, ölkənin bir sıra regionlarını əhatə etdik. Tamaşalara ümumi olaraq 4 000-ə yaxın uşaq qatıldı. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olundu və məktəblilərə "Kapital Bank" adından hədiyyələr verilib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və "ASAN Radio"ya təşəkkürümüzü bildiririk”, - deyə "Kapital Bank"ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, layihə çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım”, Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” və Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi