“Kapital Bank” səhmdarlarına bir qədər də dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına bir qədər də dividend ödəyəcək İyunun 2-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
28 Aprel , 2020 10:12
“Kapital Bank” səhmdarlarına bir qədər də dividend ödəyəcək

İyunun 2-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın səhmdarlarına dividend ödənilməsi və digər məsələlər daxildir. Xatırladaq ki, səhmdarların aprelin 1-nə keçirilmiş yığıncağında Bankın 2019-cu ildəki xalis mənfəətinin təxminən 60%-i qədər (dövriyyədə olan 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmin hər birinə 4,6 manat) dividend ödənilməsinə qərar verilmişdi. Mənfəətin qalan hissəsi isə koranavirus (COVID-19) pandemiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxlanılmışdı.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi