"Kapital Bank" səhmdarlara dividendlərin ödənilməsinə başlayır

"Kapital Bank" səhmdarlara dividendlərin ödənilməsinə başlayır Proses iyunun 1-dən başlayır
Maliyyə
24 May , 2016 09:59
Kapital Bank səhmdarlara dividendlərin ödənilməsinə başlayır

Bakı. 24 may. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən, cari il iyunun 1-dən etibarən Bankın səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.

"Report" bu barədə Bankın rəsmi qəzetdə dərc olunan elanına istinadən xəbər verir.

Dividendləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi,71 ünvanı, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi