“Kapital Bank” pulsuz kart kampaniyası keçirir

“Kapital Bank” pulsuz kart kampaniyası keçirir Müştərinin istəyinə əsasən, bu kartı 10 dəqiqəyə adsız və ya 3 gün ərzində adlı almaq mümkündür
Maliyyə
7 İyul , 2017 15:03
“Kapital Bank” pulsuz kart kampaniyası keçirir

Bakı. 7 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC “Visa” ödəniş kartı üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda debet kart təklif edir. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, müştərilər hesaba minimum 20 manat ilkin mədaxil etməklə xüsusi dizaynlı “Visa” kartını pulsuz alacaqlar. Hesaba mədaxil edilən vəsait isə daha sonra müxtəlif nağdsız ödənişlər üçün istifadə edilə və ya bankomatlardan nağdlaşdırıla bilər.

Müştərinin istəyinə əsasən, bu kartı cəmi 10 dəqiqə sərf etməklə yerində adsız və ya 3 gün ərzində adlı almaq mümkündür. Kart manat, dollar və ya avro valyutasında 2 il müddətinə “Kapital Bank” filiallarında sifariş edilə bilər.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 mln.-a yaxın ödəniş kartı, ölkə üzrə 600-dək bankomatı və 9 000-dək POS-terminalı var.

Son xəbərlər

Orphus sistemi