“Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “Beat Group” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.
Şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “Beat Group”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar. “Kapital Bank” bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “Beat Group” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.
Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün