“Kapital Bank”: Növbəti dividend ödənişi gələn ilin yanvar ayında olacaq

“Kapital Bank”: Növbəti dividend ödənişi gələn ilin yanvar ayında olacaq "Kapital Bank" ASC hər ilin maliyyə nəticələri əsasında, əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəyir.
Maliyyə
2282
1 Oktyabr , 2020 09:51
“Kapital Bank”: Növbəti dividend ödənişi gələn ilin yanvar ayında olacaq

"Kapital Bank" ASC hər ilin maliyyə nəticələri əsasında, əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəyir.

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “Kapital Bank” dividendlərin növbəti hissəsinin gələn ilin yanvar ayında ödənilməsilə bağlı noyabrın 6-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını çağırıb. Səhmdarlar qeyd olunan vaxtda əvvəlki qaydada Bankın filiallarına müraciət edə bilərlər.

Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. 

Son xəbərlər

Orphus sistemi