“Kapital Bank” müştərilərə 20 min manatadək kredit təklif edir

“Kapital Bank” müştərilərə 20 min manatadək kredit təklif edir Məlumata görə, kredit 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər
Maliyyə
24 Aprel , 2017 11:16
“Kapital Bank” müştərilərə 20 min manatadək kredit təklif edir

Bakı. 24 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC müştərilərinə məbləği 300-20 000 manat arasında dəyişən “gündəlik tələbat krediti” təklif edir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kredit 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər.

Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur (https://kapitalbank.az/loans/cash).

Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi