“Kapital Bank”ın Yeni İl aksiyası davam edir

“Kapital Bank”ın Yeni İl aksiyası davam edir Artıq bir neçə müştəri "iPad", "iPhone 7" və "Samsung" televizoru qazanıb
Maliyyə
6 yanvar 2017 07:13
“Kapital Bank”ın Yeni İl aksiyası davam edir

Bakı. 6 yanvar. REPORT.AZ/ “Kapital Bank” ASC-nin Yeni İl münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə keçirdiyi hədiyyə aksiyası davam edir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq bir neçə müştəri "iPad", "iPhone 7" və "Samsung" televizoru kimi qiymətli hədiyyələr qazanıblar. Aksiya yanvarın 13-dək davam edəcək.

Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər. Kampaniya ərzində 2 ədəd "iPhone 7" smartfonu, 5 ədəd "iPad" planşeti, 10 ədəd "Samsung" televizoru və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir.

“Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir və 6-36 ay müddətinə rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi