“Kapital Bank”ın səhm paketləri satılıb

“Kapital Bank”ın səhm paketləri satılıb Bakı. 7 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-də (BFB) Kapital Bank ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.
Maliyyə
7 Yanvar , 2019 17:13
“Kapital Bank”ın səhm paketləri satılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-də (BFB) "Kapital Bank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.

"Report" BFB-yə istinadən xəbər verir ki, əqdlər Bankın hər birinin nominal dəyəri 12,39 manat olan 126, 7010 ədəd səhminin (2 552,34 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızlar təkrar bazarda əldə edilib. Onları alan və satan tərəflər açıqlanmır.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 225,85 mln. manatdır. Səhmlərin 99,9%-i adı çəkilən holdinqə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.  

Son xəbərlər

Orphus sistemi