“Kapital Bank”ın 100-dən artıq kart sahibinin hər biri 50 manat qazanıb

“Kapital Bank”ın 100-dən artıq kart sahibinin hər biri 50 manat qazanıb Bakı. 12 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC-nin 100-dən artıq “MasterCard” sahibinin hər biri 50 manat qazanıb.
Maliyyə
12 Fevral , 2018 16:42
“Kapital Bank”ın 100-dən artıq kart sahibinin hər biri 50 manat qazanıb

Bakı. 12 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC-nin 100-dən artıq “MasterCard” sahibinin hər biri 50 manat qazanıb.

Bu barədə “Report”a Bankın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bankın keçirdiyi lotereyada ancaq “MasterCard” kartlarının sahibləri iştirak edə bilərlər. Şərtlərə görə, ölkə daxilində POS-terminallar vasitəsilə minimum 20 manat ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilir.

Bu il fevralın 28-dək davam edəcək lotereyada hər gün 10 nəfər müştərinin hər biri 50 manat məbləğində vəsait qazanacaq.

Qeyd edək ki, “MasterCard” kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi