"Kapital Bank" ilin ilk 9 ayını 42 mln. manat xalis mənfəətlə başa vurub

"Kapital Bank" ilin ilk 9 ayını 42 mln. manat xalis mənfəətlə başa vurub Bank 11,242 mln. manat mənfəət vergisi ödəyib
Maliyyə
21 Noyabr , 2016 11:41
Kapital Bank ilin ilk 9 ayını 42 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Kapital Bank" ASC-nin faiz gəlirləri 150,758 mln. manat, faiz xərcləri isə 62,014 mln. manat təşkil edib. Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, "Kapital Bank"ın xalis faiz gəliri 88,744 mln. manat olub.

Bank qeyri-faiz əməliyyatlarından 87,7 mln. manat gəlir əldə edib, bu növ əməliyyatlara isə 81,415 mln. manat xərc çəkib. Bununla da, onun xalis əməliyyat mənfəəti 95,129 mln. manat təşkil edib.

"Kapital Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 42,375 mln. manat, mənfəət vergisinin ödənilməsinə isə 11,242 mln. manat yönəldib. Beləliklə, Bank ilin ilk 9 ayını 41,511 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi