"Kapital Bank" II rübün maliyyə nəticələrini elan edib

"Kapital Bank" II rübün maliyyə nəticələrini elan edib Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin aktivləri 9,98 milyard manat, o cümlədən kredit portfeli 4,78 milyard manat təşkil edib.
Maliyyə
12 İyul , 2024 16:38
Kapital Bank II rübün maliyyə nəticələrini elan edib

Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin aktivləri 9,98 milyard manat, o cümlədən kredit portfeli 4,78 milyard manat təşkil edib.

Hesabat tarixinə Bankın depozit portfeli 7,6 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 913 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 265 milyon manat olub.

Kredit təşkilatı I yarımildə 123,9 milyon manat xalis mənfəət əldə edib.

"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Son xəbərlər

Orphus sistemi