"Kapital Bank" dollar əmanətlərini ucuzlaşdırıb

"Kapital Bank" dollar əmanətlərini ucuzlaşdırıb Bu barədə bankdan bildirilib
Maliyyə
20 Avqust , 2016 15:29
Kapital Bank dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 20 avqust. REPORT.AZ/ "Kapital Bank" ASC ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məsələn, əgər indiyə qədər 1 il müddətinə dollarla yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq illik 2-3% dividend ödənilirdisə, hazırda illik faizlər 1,5-2%-dir.

Bankın Azərbaycan manatı və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi