"Kapital Bank"da struktur dəyişiklikləri və vəzifə təyinatları olub

"Kapital Bank"da struktur dəyişiklikləri və vəzifə təyinatları olub Kapital Bank ASC-də struktur dəyişiklikləri və vəzifə təyinatları olub.
Maliyyə
12 Aprel , 2019 15:01
Kapital Bankda struktur dəyişiklikləri və vəzifə təyinatları olub

"Kapital Bank" ASC-də struktur dəyişiklikləri və vəzifə təyinatları olub.

Bu barədə "Report" Banka istinadən xəbər verir. 

Məlumata görə, "Kapital Bank"ın Müştəri menecmenti departamentinin direktoru Samir Məmmədov baş marketinq inzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev baş komplayens inzibatçısı vəzifəsinə təyin olunub.

Bundan başqa, Bankın Bank məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin edilib. 

Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və orta sahibkarlarla iş departamentinin, Tural Ayvazlı isə Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru vəzifələrinə gətirilib. 

"Kapital Bank"ın İnformasiya texnologiyaları infrastrukturu departamentinin direktoru Renad Cəfərov isə Bank sistemlərinin idarə edilməsi departamentinin direktoru təyin olunub.

Bundan başqa Bankın Hüquq departamentinin adı Hüquq və komplayns departamentinə, İnformasiya texnologiyaları, innovasiya və inkişaf departamentinin adı isə İnformasiya sistemlərinin inkişafı departamentinə dəyişdirilib. 

Son xəbərlər

Orphus sistemi