“Kapital Bank” ASC 5 000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir. “Agile” iş tərzi, davamlı və sürətli inkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karyera imkanlarına sahib olmaq istəyən İT mütəxəssislər üçün yeni vakansiyalar elan edib.
Əsas rəqabət üstünlüyü və işçi dəyər təklifi öyrənmə, eləcədə inkişaf üzərinə qurulan bank namizədlərə peşəkar mühit, yeni biliklər və qabaqcıl təcrübə vəd edir. Uğurlu rəqəmsal və data transformasiyası yolunda olan bank innovativ yenilikləri tez qavrama və onlarla çalışma bacarığı ilə yanaşı əməkdaşlarına böyük beynəlxalq təcrübə qazandırır.
Nüfuzlu “Great Place To Work” (“Mükəmməl iş yeri”) mükafatını Azərbaycanda alan ilk bank da məhz “Kapital Bank”dır. Əsas məqsədi əməkdaşlarının inkişafı üçün mükəmməl karyera imkanları yaratmaq olan “Kapital Bank” komandasına qoşulmaq istəyənlər
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün