“Kapital Bank” bu ilin II rübünün nəticələrini elan edib

“Kapital Bank” bu ilin II rübünün nəticələrini elan edib “Kapital Bank” ASC-nin aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.
Maliyyə
15 İyul , 2019 13:00
“Kapital Bank” bu ilin II rübünün nəticələrini elan edib

“Kapital Bank” ASC-nin aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.

Bankın 1 iyul 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 327,6 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi