"Kapital Bank" bu ilin I yarısını 40 mln. manatdan artıq mənfəətlə başa vurub

"Kapital Bank" bu ilin I yarısını 40 mln. manatdan artıq mənfəətlə başa vurub Bakı. 11 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 3 190,574 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hes...
Maliyyə
11 İyul , 2017 14:42
Kapital Bank bu ilin I yarısını 40 mln. manatdan artıq mənfəətlə başa vurub
Report

Bakı. 11 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 3 190,574 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 37%-ni və yaxud 1 181,778 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 0,1% böyüyüb.

İyunun sonuna “Kapital Bank”ın cəmi öhdəlikləri 2 918,627 mln. manat, o cümlədən depozit portfeli 2 332,906 mln. manat (illik müqayisədə 2 dəfə artım), cəmi kapitalı isə 271,946 mln. manat olub.

Bu ilin I yarısında “Kapital Bank”ın faiz gəlirləri 132,609 mln. manat, faiz xərcləri 44,912 mln. manat, qeyri-faiz gəlirləri 63,784 mln. manat, qeyri-faiz xərcləri isə 72,005 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 79,475 mln. manat olub.

“Kapital Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 27,262 mln. manat yönəldib, 11,455 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, Bank I yarımili 40,758 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi