Kapital Bank bu ilin I rübünün nəticələrini elan edib

Kapital Bank bu ilin I rübünün nəticələrini elan edib Bakı. 16 aprel. REPORt.AZ/ Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub.
Maliyyə
16 aprel 2018 07:12
Kapital Bank bu ilin I rübünün nəticələrini elan edib
Report

Bakı. 16 aprel. REPORt.AZ/ Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, müştəri depozitlərinin həcmi 1 aprel 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.

Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi