"Kapital Bank" bu ilin I rübünün maliyyə nəticələrini elan edib

"Kapital Bank" bu ilin I rübünün maliyyə nəticələrini elan edib “Kapital Bank” ASC-nin aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin məbləği isə 2,2 milyard manat olub.
Maliyyə
16 Aprel , 2021 13:46
Kapital Bank bu ilin I rübünün maliyyə nəticələrini elan edib

“Kapital Bank” ASC-nin aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin məbləği isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin məbləği 1 aprel 2021-ci il tarixinə 4 milyard manat olub.

Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 245 milyon manat təşkil edir.

“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi