"Kapital Bank" bayram günlərində xidmət göstərəcək

"Kapital Bank" bayram günlərində xidmət göstərəcək Bakı. 16 mart. REPORT.AZ/ Kapital Bank ASC Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilmiş günlərdə müştərilərinə xidmət göstərəcək. 
Maliyyə
16 Mart , 2018 10:14
Kapital Bank bayram günlərində xidmət göstərəcək
Report

Bakı. 16 mart. REPORT.AZ/ "Kapital Bank" ASC Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilmiş günlərdə müştərilərinə xidmət göstərəcək. 

Belə ki, 22, 23, 24 və 26 mart tarixlərində Bankın Qara Qarayev, Şuşa, Xəzər, Bakıxanov, Binəqədi, Əhmədli, Suraxanı, Yasamal, Bravo, Bravo 2, Qaradağ, Abşeron, Sumqayıt, Ağcabədi, Bərdə, Gəncə, Kəpəz, Mingəçevir, Lənkəran, Masallı, Qubadlı, Ağdam, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, İmişli, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Yevlax filialları işləyəcək. 

Bravo və Bravo 2 filialları isə 20, 21 və 25 mart tarixlərində də fəaliyyətdə olacaq. 

"Kapital Bank" xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi