"Kapital Bank" "BirKart" müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir.
"Report" xəbər verir ki, 1 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq KapitalGift kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Honda Civic avtomobili qazanacaq.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin "Kapital Bank"ın istənilən digər filiallarına müraciət edə bilərlər.
"BirKart" haqqında ətraflı məlumat əldə etmək üçün