Kanada AIIB-ə üzv olmaq üçün müraciət edib

Kanada AIIB-ə üzv olmaq üçün müraciət edib Kanadanın müraciətinə münasibət bildirən AIIB prezidenti bunu etimadın göstəricisi adlandırıb
Maliyyə
31 Avqust , 2016 16:45
Kanada AIIB-ə üzv olmaq üçün müraciət edib

Bakı. 31 avqust. REPORT.AZ/ Kanada Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olmaq üçün quruma rəsmən müraciət edib. 

“Report”un “Financial Times”ə istinadən verdiyi xəbərə görə, bunu Kanadanın baş naziri Castin Tryudo (Justin Trudeau) Pekinə (Çin) səfəri zamanı bildirib.

Kanadanın maliyyə naziri Bil Morno (Bill Morneau) məsələni təsdiq edərək bildirib ki, bu üzvlük yeni iş yerlərinin açılmasına, qlobal iqtisadi inkişafa şərait yaradacaq və rəsmi Ottavanın iqtisadi maraqlarına uyğundur.

Kanadanın müraciətinə münasibət bildirən AIIB prezidenti Tzin Litsyun etimadın göstəricisi adlandırıb.

AIIB üzvlüklə bağlı yeni müraciətlərə 2017-ci ilə qədər cavab verilməyəcəyini, hazırda Braziliya, İran, Cənubi Afrika və Filippinin müraciətlərin ratifikasiyasını gözlədiyini açıqlayıb.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın bankda iştirak payı 0,25% (254,1 mln. dollar) təşkil edir. Azərbaycanın bu banka üzvlüyü isə bu il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi