“JPMorgan Chase”, “Citigroup” və “Wells Fargo”nun mənfəəti kəskin artıb

“JPMorgan Chase”, “Citigroup” və “Wells Fargo”nun mənfəəti kəskin artıb Ötən ilin IV rübündə ABŞ-ın “JPMorgan Chase” bankının xalis mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 10,4 milyard dollara enib.
Maliyyə
15 Yanvar , 2022 10:08
“JPMorgan Chase”,  “Citigroup” və “Wells Fargo”nun mənfəəti kəskin artıb

Ötən ilin IV rübündə ABŞ-ın “JPMorgan Chase” bankının xalis mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14 % azalaraq 10,4 milyard ABŞ dollara enib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə bankın hər səhm üzrə qazancı 12,1 % və ya 0,46 ABŞ dolları azalaraq 3,33 ABŞ dollara enib. “JPMorgan Chase”in gəlirləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyərək 29,3 milyard ABŞ dolları olub.

Eyni dövrdə ABŞ-ın “Citigroup” bankının xalis mənfəəti illik müqayisədə 26 % azalaraq 3,2 milyard ABŞ dollara enib. Bankın hər səhm üzrə qazancı 0,46 ABŞ dolları və ya 24 % azalaraq 1,46 ABŞ dollara enib. “Citigroup”un gəlirləri isə illik müqayisədə 1 % artaraq 17 milyard ABŞ dollara çatıb.

ABŞ-ın “Wells Fargo” bankının xalis mənfəəti isə illik müqayisədə 86 % artaraq 5,8 milyard ABŞ dollara çatıb.

Hesabat dövründə bankın hər səhm üzrə qazancı illik müqayisədə 2,1 dəfə və ya 0,72 ABŞ dolları artaraq 1,38 ABŞ dollara, gəlirləri isə illik müqayisədə 13 % artaraq 20,9 milyard ABŞ dollara çatıb.

Ötən il “JPMorgan Chase” bankının illik mənfəəti 66 % artaraq 48,3 milyard ABŞ dollara, “Citigroup”un mənfəəti təxminən 2 dəfə artaraq 21,9 milyard ABŞ dollara, “Wells Fargo”nun illik mənfəəti isə 6 dəfə artaraq 21,5 milyard ABŞ dollara çatıb.

Son xəbərlər

Orphus sistemi