İtaliyada ÜDM son 25 ilin ən aşağı həddinə enib

İtaliyada ÜDM son 25 ilin ən aşağı həddinə enib İtaliya ÜDM-si bu ilin 2-ci rübündə 12,8 faiz, ötən ilin müvafiq dövrünə nisbətən 17,7 faiz azalıb ki, bu da 1995-ci ildən etibarən ən böyük azalmadır.
Maliyyə
202
31 Avqust , 2020 18:28
İtaliyada ÜDM son 25 ilin ən aşağı həddinə enib

İtaliya ÜDM-i bu ilin 2-ci rübündə 12,8 faiz, ötən ilin müvafiq dövrünə nisbətən 17,7 faiz azalıb ki, bu da 1995-ci ildən etibarən ən böyük azalmadır.

“Report” “RAİNews”a istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (İSTAT) bildirib.

İyulun 31-də sözügedən göstəricilərə dair müvafiq olaraq 12,4 faiz və 17,3 faiz həcmində azalma proqnuzu verilmişdi. İllik hesabla ÜDM-in azalması 14,7 faizdir.

Birinci rübə nisbətən ikinci rübdə milli istehlak həcmi 8,7 faiz, sərmayələr həcmi 14,9 faiz, idxalat 20,5 faiz, ixracat 26,4 faiz azalıb. Sahələr üzrə isə kənd təsərrüfatında əlavə dəyərin 3,7 faiz, sənayedə 20,2 faiz, xidmət sahəsində 11 faiz azalma qeydə alınıb.

İSTAT-ın hesabatına görə, ÜDM-in azalmasında başlıca amillər yerli tələbat, xüsusilə də özəl istehlakın, habelə sərmayənin mənfi təsiri və birjalardakı dəyişikliklər olub. Bununla yanaşı, ixracat idxalatdan xeyli çox azalıb.

Orphus sistemi