İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC maliyyə auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 18-i, saat 12:00-a qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 82 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 19-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.