İstanbul Fond Birjasının yeni rəhbəri məlum olub

İstanbul Fond Birjasının yeni rəhbəri məlum olub Bu, Korkmaz Enes Ergündür
Maliyyə
27 Mart , 2021 11:52
İstanbul Fond Birjasının yeni rəhbəri məlum olub

Türkiyənin İstanbul Fond Birjasına (“Borsa İstanbul”) yeni baş direktor təyin olunub.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, Korkmaz Enes Ergündür.

O, birjanın rəhbərliyində bu il martın 8-də istefa vermiş Hakan Atillanı əvəz edib.

Xatırladaq ki, “Borsa İstanbul” qonşu ölkənin əsas fond birjasıdır. Qurum “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76 %-nə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi