İsrail Mərkəzi Bankının valyuta ehtiyatları tarixi maksimumunu yeniləyib

İsrail Mərkəzi Bankının valyuta ehtiyatları tarixi maksimumunu yeniləyib Mərkəzi Bank daha əvvəl bu il ərzində 30 milyard ABŞ dolları xarici valyuta almaq istədiyini açıqlamışdı
Maliyyə
104
8 Fevral , 2021 14:12
 İsrail Mərkəzi Bankının valyuta ehtiyatları tarixi maksimumunu yeniləyib

Bu ilin yanvar ayında İsrail Mərkəzi Bankının (MB) valyuta ehtiyatları 6,8 milyard ABŞ dolları və ya 3,9 % artaraq 179,5 milyard ABŞ dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər veir ki, bununla da, valyuta ehtiyyatları tarixi maksimumu yeniləyib.

Məlumata görə, valyuta alışının ardından İsrail milli valyutası şekel ABŞ dolları qarşısında 0,1 % dəyər itirərək 3,2920 şekele enib.

Mərkəzi Bank daha əvvəl bu il ərzində 30 milyard ABŞ dolları xarici valyuta almaq istədiyini açıqlamışdı. Ancaq İsrail MB prezidenti Amir Yaron bildirib ki, iqtisadi və bazar şərtləri tələb edərsə valyuta alım proqramını daha da genişləndirilə bilər.

Qeyd edək ki, ötən il İsrail Mərkəzi Bankının valyuta ehtiyatları 40 % artmışdı.

Son xəbərlər

Orphus sistemi