İspaniya Rusiyadan olan sahibkarlarla bağlı 12 hesabı və fondu dondurub

İspaniya Rusiyadan olan sahibkarlarla bağlı 12 hesabı və fondu dondurub İspaniya hakimiyyəti Avropa İttifaqının sanksiya siyahısna düşən 5 rusiyalı sahibkarla bağlılığı olduğu iddia edilən 12 bank hesabını və fondu dondurub.
Maliyyə
5 May , 2022 13:05
İspaniya Rusiyadan olan sahibkarlarla bağlı 12 hesabı və fondu dondurub

İspaniya hakimiyyəti Avropa İttifaqının sanksiya siyahısna düşən 5 rusiyalı sahibkarla bağlılığı olduğu iddia edilən 12 bank hesabını və fondu dondurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Europa Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin üç yaxta da saxlanılıb və Rusiyadan olan iş adamlarına aid 23 daşınmaz əmlak obyektinə qarşı tədbirlər görülüb.

Çirkli pulların yuyulmasının qarşısının alınması üzrə mərkəzləşdirilmiş orqan 14 rusiyalı sahibkar və onlarla əlaqəli yüzə yaxın fiziki və hüquqi şəxs haqqında məlumatları səlahiyyətli orqanlara verib. Bundan əlavə, qurum İspaniyada Aİ sanksiyalarına məruz qalan şəxslərə aid olduğu iddia edilən 29 daşınmaz əmlak obyekti, habelə gəmilər üçün yanalma körpüsü barədə məlumat verib.

Bundan əvvəl “El Pais” qəzeti Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra İspaniya hökumətinin işçi qrupu yaratdığını və onun tərkibinə müxtəlif sahələrdən ekspertlərin daxil edildiyini yazmışdı. Bundan əlavə, krallığın səlahiyyətli orqanları Rusiya sahibkarları ilə əlaqəli olduğu iddia edilən əmlakın müsadirəsini sadələşdirməyə yönəlmiş xüsusi mexanizmi təsdiqləyib. Bu mexanizm Aİ-nin sanksiya siyahısına daxil edilmiş sahibkarların əmlakını, hətta üçüncü şəxslərin və ya şirkətlərin adına rəsmiləşdirildiyi halda belə, dondurmağa imkan verən sistemi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi