İnvestorlar birgə fəaliyyət sahələrinin müəyyən edilməsini müzakirə ediblər

İnvestorlar birgə fəaliyyət sahələrinin müəyyən edilməsini müzakirə ediblər BFB üzvləri olan investisiya şirkətləri ilə görüş keçirilib
Maliyyə
10 Yanvar , 2017 10:53
İnvestorlar birgə fəaliyyət sahələrinin müəyyən edilməsini müzakirə ediblər

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) birja üzvləri olan investisiya şirkətləri ilə görüş keçirilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.  

Görüş zamanı 2016-cı ilin fəaliyyət nəticələri barədə üzvlərə məlumat verilib, 2017-ci ilin əsas fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, dövlət qiymətli kağızları bazarı, o cümlədən birja üzvləri, investorları və emitentləri maraqlandıran digər məsələlərin geniş müzakirəsi baş tutub.

Qeyd edək ki, ötən il ərzində BFB-da bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5,696 mlrd. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 32,6% azdır. Bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40 dəfə artaraq 836,2 mln. manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi