İran Milli Bankının Bakı filialı bu ilin 9 ayını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin 9 ayını mənfəətlə başa vurub İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 898 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 19,316 milyon manat xalis zərərlə çıxmışdı.
Maliyyə
14 Oktyabr , 2020 16:58
İran Milli Bankının Bakı filialı bu ilin 9 ayını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 898 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 19,316 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, 9 ay ərzində İran bankının gəlirləri 2,49 milyon manat (illik müqayisədə 10,7% az), xərcləri 1,432 milyon manat (29,5% çox), xüsusi ehtiyatlara ayırmaları 154 min manat (99,3% az), mənfəət vergisi ödəmələri isə 6 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 86,24 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,7% azdır. Bunun 5,371 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 26,5% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 12,6% azalaraq 48,747 milyon manata düşüb, o cümlədən depozit portfeli 84,4% artaraq 9,653 milyon manata çatıb, balans kapitalı isə 10,8% artaraq 37,493 milyon manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi