İran Mərkəzi Bankına yeni sədr təyin olunub

İran Mərkəzi Bankına yeni sədr təyin olunub İran prezidenti Həsən Ruhani ölkənin Mərkəzi Bankının sədr müavini Əkbər Kemicaninin sədr təyin edilməsi barədə sərəncam imzalayıb.
Maliyyə
1 İyul , 2021 09:33
İran Mərkəzi Bankına yeni sədr təyin olunub
Əkbər Kemicani

İran prezidenti Həsən Ruhani ölkənin Mərkəzi Bankının sədr müavini Əkbər Kemicaninin sədr təyin edilməsi barədə sərəncam imzalayıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu vəzifə ona İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin təklifi, Nazirlər Kabinetinin təsdiqi əsasında həvalə olunub.

Xatırladaq ki, dövlət başçısı Mərkəzi Bankın keçmiş sədri Əbdünasir Himmətini bu il mayın 30-da tutduğu vəzifədən azad edb. O, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Ə.Himməti bu il iyunun 18-də İranda keçirilmiş prezident seçkisində namizəd olub.

Son xəbərlər

Orphus sistemi