İpoteka və Kredit Zəmanət Fondu auditor seçir

İpoteka və Kredit Zəmanət Fondu auditor seçir İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyaları üzrə audit üçün açıq tender elan edib.
Maliyyə
30 Aprel , 2022 14:21
İpoteka və Kredit Zəmanət Fondu auditor seçir

İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyaları üzrə audit üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri mayın 25-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 3-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyunun 6-da, saat 10:00-da portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi