İpoteka və Kredit Zəmanət Fondu Ani Ödənişlər Sisteminə qoşulacaq

İpoteka və Kredit Zəmanət Fondu Ani Ödənişlər Sisteminə qoşulacaq İpoteka və Kredit Zəmanət Fondu “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya edilməsi üçün açıq tender elan edib.
Maliyyə
16 Fevral , 2021 10:23
İpoteka və Kredit Zəmanət Fondu Ani Ödənişlər Sisteminə qoşulacaq

İpoteka və Kredit Zəmanət Fondu “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya edilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri martın 17-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 1-i, saat 17:00-a qədər dövlət satınalmalatrının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnformasiya texnologiyaları şöbəsinin rəisi Mətin Hacıyevdir. Telefon: (012) 441-24-23 (daxili 133).

Nəticələr aprelin 2-də, saat 10:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi