Azərbaycandakı banklardan biri ipoteka kreditləri ödənişlərinin onlayn qəbuluna başlayıb

Azərbaycandakı banklardan biri ipoteka kreditləri ödənişlərinin onlayn qəbuluna başlayıb Bank indiyədək 118,307 milyon manat həcmində 2 732 ipoteka krediti verib
Maliyyə
2 Fevral , 2015 13:58
Azərbaycandakı banklardan biri ipoteka kreditləri ödənişlərinin onlayn qəbuluna başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ "XalqBank" ASC Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə onlayn şəkildə qəbuluna başlayıb.

"Report" ASC-yə istinadən xəbər verir ki, bu, bankın müştəri rahatlığı və xidmət keyfiyyətinin artırılması, eləcə də nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsinə yönəlmiş daha bir addımıdır.

AİF tərəfindən yenidən maliyyəşdirilmiş ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm Bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsi ilə həyata keçirə bilərlər. İpoteka kreditləri üzrə ödənişləri Azərbaycan Respublikası Mərkəzi Bankı yanında fəaliyyət göstərən Hökumət Ödəniş Portalının www.gpp.az internet ünvanından həyata keçirmək olduqca rahatdır.

Xatırladaq ki, "Xalq Bank" əhaliyə verdiyi ipoteka kreditlərinin, o cümlədən, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına təqdim olunan ipoteka kreditlərinin sayına görə ölkədə liderdir. Bu günə olan məlumata görə "Xalq Bank" 118,307 milyon manat həcmində 2 732 ipoteka krediti verib. Bu kreditlərin 1299-u Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 1433 ipoteka krediti isə əhaliyə "Xalq Bank"ın daxili ipoteka proqramı çərçivəsində verilib.

Bankın daxili ipoteka proqramı üzrə 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 000 manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Son xəbərlər

Orphus sistemi