“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Dekabrın 25-də, saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
185
23 Noyabr , 2020 12:45
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 25-də, saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 4/186 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "İpək Yolu Sığorta"nın maliyyə-təsərüfat fəaliyyətinin yoxlanması üçün auditor seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silk Way Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi